Ermənistanda keçmiş nazir həbs olundu

Hüquq-mühafizə orqanları cümə axşamı Ermənistan Respublika Partiyasının sədr müavini, keçmiş təhsil və elm naziri Armen Aşotyanı saxlayıb.

Ermənistan KİV-in məlumatına görə, xəbəri onun partiyadan həmkarı, keçmiş vitse-spiker Eduard Şarmazanov təsdiqləyib. Aşotyan İstintaq Komitəsinə aparılıb.

Qeyd edilib ki, saxlanmanın səbəbləri barədə məlumat verilmir. Polis hələlik vəziyyəti şərh etməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı