Ərdoğan Lavrovu qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüş mətbuata qapalı keçirilir.

Görüşdə əsas müzakirə mövzuları Ukraynada davam edən müharibə, regional və ikitərəfli münasibətlər olacaq.

Qeyd edək ki, Lavrovun Türkiyəyə səfəri çərçivəsində yüksək səviyyəli diplomatik görüşlər də nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı