Türkiyənin paytaxtı Ankara şəhərində 3.5 maqnitudalı zəlzələ qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkan 11 km dərinlikdə baş verib. Zəlzələ şəhər əhalisi tərəfindən hiss edilib.