ABŞ-da yardım fondundan 280 milyard dollar oğurlanıb

ABŞ-da koronavirus epidemiyası zamanı yardım fondundan 280 milyard dollardan çox vəsaitin oğurlandığı məlum olub.

Metbuat.az xəbər verir ki, araşdırmalara görə, 123 milyard dollardan çox vəsait isə israf edilib. ABŞ mətbuatı hadisəni "ölkə tarixindəki ən böyük fırıldaqçılıq" kimi qələmə verib.

Oğurlanan pullar koronavirusla bağlı edilən ümumi yardımın 10 faizini təşkil edir. “Associated Press” ABŞ hökumətinin koronavirusla bağlı ümumilikdə 4,2 trilyon dollar yardım ayırdığını bildirib. Müstəntiqlər və ekspertlər hökuməti yardım üçün ayrılan vəsaitin epidemiyanın əvvəlində tez bölüşdürməyə çalışmaqda ittiham edir.

İddia edilir ki, yardım üçün müraciətlərdə bir neçə məhdudiyyət olub və ayrılan yardımlara nəzarət olmayıb. ABŞ-ın Ədliyyə Departamentinin direktor köməkçisi Mayk Qaldo, yardım fondunun oğurlanması ilə bağlı "Bu, görünməmiş fırıldaqdır" deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı