Laçın-Güləbird yolunda qəza: Xəsarət alan var - FOTO

İyunun 15-də Laçın-Güləbird yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, qəza saat 22:00 radələrində qeydə alınıb.

Belə ki, “Şaqman” markalı yük avtomobili sürüşərək yolun kənarında dayanan VAZ-2107 markalı nəqliyyat vasitəsini əzib.

Hadisə nəticəsində bir nəfər yaralanıb. Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR