Mbappe yekun qərarını açıqladı - Gözlənilməz seçim

Kilian Mbappe Fransa Milli Komandasının düşərgəsində keçirdiyi mətbuat konfransında PSJ-dəki gələcəyi ilə bağlı danışıb.

Metbuat.az xəbər verir ki, o, PSJ-də qalacağını bəyan edərək, iddialara son qoyub. Mbappe Parisdə qalmağın onun üçün yeganə seçim olduğunu vurğulayıb.

"Hazırda bu, mənim yeganə seçimimdir. Matçlar yenidən başlayanda geri qayıtmağa hazıram. Bura gəlməkdən çəkinmişəm? Heç vaxt. Mənim məsuliyyətim var. Bəzi diskurslar məni məsuliyyətimdən yayındıra bilməz” – Mbappe deyib.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Fransız ulduz klubu ilə yeni müqavilə imzalamasa, azad agent statusu ala bilər.

“Real Madrid” daha əvvəl Mbappe üçün təxminən 200 milyon avroluq təklif etmişdi. Lakin bu təklif PSJ tərəfindən rədd edilmişdi.

Xarici KİV-lər Mbappenin “Real”da oynamaq istədiyini yazmışdı. Prezident Emmanuel Makron isə Mbappeni Fransada saxlamaq üçün onu məcbur edəcəyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR