“Fənərbaxça” “Əl-Nəssr”in futbolçusu Anderson Taliska ilə razılıq əldə edib.
Metbuat.az xəbər verir ki, futbolçunun mövsümün fasiləsində “Fənərbaxça”ya transfer olacağı irəli sürülür. Türkiyə mediasının məlumatına görə, “Fənərbaxça” futbolçunu icarə əsasında heyətə cəlb edəcək. "Fənərbaxça"nın Taliskaya verəcəyi maaş da açıqlanıb. Məlumata görə, Türkiyə klubu yarım mövsüm üçün Taliskaya 3 milyon avro maaş verəcək. Bundan əvvəl, Taliskanın “Fənərbaxça”ya icarə əsasında qatılacağı, ardınca Türkiyə klubunun onu birdəfəlik transfer edə biləcəyi irəli sürülmüşdü.
Qeyd edək ki, Anderson Taliskanın “Əl-Nəssr”də 12 milyon avrodan çox məvacib aldığı bildirilir. Onun icarə əsasında “Fənərbaxça” gedəcəyi halda, məvacibin bir hissəsini ərəblər ödəyəcək. Bu mövsüm 19 matça çıxan və 1393 dəqiqə meydanda qalan Taliska 8 qola imza atıb.