Ançelotti "Arsenal" məğlubiyyətini şərh etdi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Arsenal"a məğlubiyyətdən sonra açıqlamaları ilə diqqət çəkib.

Metbuat.az xəbər verir ki, o “Arsenal”ın “Real”ı həm taktiki, həm də texniki cəhətdən üstələdiyini ifadə edib. Ançelotti bildirib ki, İngiltərədəki uğursuzluğa baxmayaraq, o futbolçularına etimad göstərir. Ancelotti, "Bu ağır uğursuzluğa baxmayaraq, tarix "Real Madrid"ə etimad göstərməyin əbəs olmadığı ortaya qoyur. İspan nəhəngi “Santiago Bernabeu”da dramatik geri dönüşləri ilə şöhrət qazanıb və Avropa tarixində əfsanəvi dönüşlər edib” - deyə bildirib.

Qeyd edək ki, “Arsenal” İngiltərədəki oyunda “Real”ı 3-0 hesabı ilə məğlub edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı