“Real Madrid” rəhbərliyi heyətdə dəyişiklik etmək istəyir.
Metbuat.az xəbər verir ki, rəhbərlik məşqçi Karlo Ançelotti və bir neçə futbolçunu göndərmək istəyir. İspaniya mediasının məlumatına görə, rəhbərliyin göndərmək istədiyi futbolçular Fran Qarsiya, Luka Modriç, Lukas Vasqez və David Alabadır. Bildirilir ki, “Real” rəhbərliyi komandanın oyunundan razı deyil.
Qeyd edək ki, “Real” İspaniya çempionatında ikinci yerdə qərarlaşıb. “Real” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Arsenal"a 0:3 hesabı ilə uduzub.