Berlində “Azərbaycanda yəhudi irsi” tədbiri keçiriləcək

Milli Məclisin İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov iyunun 17-də Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərinə səfər edəcək.

Metbuat.az xəbər verir kii, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Anatoliy Rafailov səfərdə “Azərbaycanda yəhudi irsi” adı ilə keçirilən tədbirdə iştirak edəcək.

Avropada fəaliyyət göstərən yəhudi təşkilatlarının, Almaniyanın dövlət və hökumət rəsmilərinin, Bundestaqın üzvlərinin və akademik dairələrin nümayəndələrinin qatılacağı tədbir çərçivəsində, həmçinin “Azərbaycanda yəhudi irsi” adlı fotokitabın təqdimatının və sərginin keçirilməsi də nəzərdə tutulub.

Səfər iyunun 22-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı