​"Rusiya və Türkiyə arasında həyata keçirilməyən maraqlı layihələr var" - Maksim Oreşkin

"Rusiya və Türkiyə arasında hələ reallaşdırılmayan böyük potensial var".

Metbuat.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin müavini Maksim Oreşkin belə açıqlama verib. O, Türkiyə ilə bir çox sahədə mühüm layihələrin həyata keçirildiyini ifadə edərək, yeni layihələr üçün böyük potensial olduğu qeyd edib:

"Bir çox sahədə böyük işlər aparılır. Bu sahələr də hər kəs tərəfindən bilinir. Məsələn, nüvə enerjisi, qarşılıqlı ticarət və s kimi bir çox sahədə intensiv işlərimiz davam edir. Türkiyə və Rusiya bir çox maraqlı layihələri birgə həyata keçirir.

Açıq şəkildə deyə bilərəm ki, əməkdaşlığımızda mümkün potensialın 50 faizini belə həyata keçirməmişik. Ona görə də Rusiya ilə Türkiyə arasında qarşılıqlı fəaliyyətdə mövcud olan bütün imkanların reallaşması üçün görüləsi çox iş var. Biz bunu reallaşdırmağa çalışacağıq. Həm Putinin, həm də Prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələdə iradəsi var”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı