"Galatasaray"dan ayrılan oyunçu "Qarabağ"a gələ bilər

Bu günlərdə "Qalatasaray"dan ayrılan Bafetimbi Qomis karyerasını Azərbaycanda davam etdirə bilər.

Metbuat.az "Sportinfo"ya istinadla bildirir ki, İstanbul təmsilçisinin müqaviləsinin müddətini yeniləmədiyi hücumçu "Qarabağ"a təklif olunub.

38 yaşlı fransalı ulduzun menecerləri onun uyğun qiymətə bura gələ biləcəyi haqda Ağdam klubunu məlumatlandırıblar. Əgər təklifə maraq duyulsa, müqavilə şərtləri müzakirəyə çıxarılacaq.

2022-ci ildə "Qalatasaray"a qayıdan Bafetimbi Qomis 2017/2018 və başa çatan mövsümdə Türkiyə çempionu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı