Yük maşını ilə sərnişin avtobusu toqquşdu: Xəsarət alan var - FOTO

Bakı-Qazax avtomobil yolunun Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə zamanı "DAF" markalı sement daşıyan yük maşını ilə sərnişin avtobusu toqquşub. Bu zaman yük avtomobili yol ayırıcısı olan betona dəyib və aşıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb olunub.

Qəza zamanı "DAF"ın sürücüsü xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR