Ağdamda kütləvi məzarlıq aşkarlanıb.
Metbuat.az "APA"ya istinadən xəbər verir ki, məzarlıq Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Ağdam-Hindarx yolunun kənarında tapılıb.
Skeletlərin aşkarlandığı əraziyə baxış zamanı yaxınlıqda hərbi yük avtomobilinin qalıqları da müəyyən edilib.
Ehtimala görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər 4 nəfəri həmin avtomobildə qətlə yetirib. Meyitləri isə quyuya ataraq basdırıblar.