Bakı, 3 iyun, AZƏRTAC
İyunun 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda iştirak edən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov quruma üzv ölkələrin müdafiə nazirləri ilə MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini müzakirə edib.