"Çelsi” klubu 60 milyon avroya hücumçu alıb.
Metbuat.az-ın məlumatına görə, Almaniyanın “Leyptsiq” klubunun hücumçusu Kristofer Nkunku ilə "Çelsi" ilə rəsmən müqavilə imzalayıb. 26 yaşlı forvard yeni komandası ilə 6 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Fransanın PSJ klubunun yetirməsi olan Kristofer Nkunku 2019-cu ildən bəri “Leyptsiq”in formasını geyinib.