Vətən müharibəsi iştirakçısının özünü yandırması ilə bağlı AÇIQLAMA

Naftalanda Vətən müharibəsi iştirakçısı Tağıyev İlkin Həmid oğlu özünü yandırıb.

Metbuat.az xəbər verir ki, hadisə rayon icra hakimiyyətinin qarşısında baş verib.

Baş Prokurorluqdan bildirilib ki, İlkin Tağıyevin Naftalan şəhəri ərazisində üzərinə tez alışan maddə tökərək özünü yandırması faktı üzrə Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, İlkin Tağıyev 08 noyabr 1993-cü ildə Goranboy rayonunun Hacıallı kəndində anadan olub. Naftalan şəhərində yaşayan İ.Tağıyev müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. Qazimiz İkinci Qarabağ müharibəsindən əvvəl 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. İlkin Tağıyev Vətən müharibəsində Talış və Suqovuşan istiqamətində döyüşüb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı