Döyüş təyyarələri, tanklar, silahlar... - ABŞ-da hərbi çevriliş həyəcanı

ABŞ-ın bir çox ştatında hərbi hərəkətlilik müxtəlif müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, tankların və hərbi təyyarələrin hərəkəti sosial mediada “hərbi çevriliş”, “hərbi vəziyyət” kimi iddiaların ortaya atılmasına səbəb olub. Bəzi sosial media hesablarında ABŞ ordusunun hakimiyyəti ələ keçirmək üçün hərəkətə keçdiyi və çevriliş cəhdi olacağı iddia edilib. Rəsmi açıqlama olmasa da, bəzi dairələr ortaya çıxan görüntülərin 4 iyul ABŞ-ın Müstəqillik Günü ilə əlaqədar olduğunu bildirib.

ABŞ-da hər il Müstəqillik Günü münasibətilə tanklarla yanaşı, hərbi təyyarələr də uçuş nümayişləri təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı