Serbiya Kosovo sərhədi bağlandı

Serb nümayişçilər Kosovo ilə Serbiya arasında ən böyük keçid məntəqəsi olan Merdare, Jarinje və Brnjak sərhəd qapılarını barrikadalar quraraq bağlayıblar.

Metbuat.az xəbər verir ki, ötən həftə 3 Kosovo polisinin Serbiya polisi tərəfindən saxlanılmasından sonra başlayan gərginlik davam edir. Kosovonun baş naziri Albin Kurti Serb məhsullarının Kosovoya daxil olmasını qadağan edib. Kosovo Xarici İşlər Nazirliyi şimal bölgələrində davam edən serblərin etirazları səbəbindən keçid məntəqələrindəki təhlükə ilə bağlı sürücülərə çağırış edib.

Nazirlik ictimaiyyətə Kosovonun şimalındakı digər iki sərhəd məntəqəsi olan Mutivode və Dhei Bardh məntəqələrindən istifadə etməyi tövsiyə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı