Azərbaycanda işçilərin hüquqlarının qorunması ilə bağlı yeni layihə hazırlanıb

Azərbaycanda işçilərin hüquqlarının qorunması ilə bağlı yeni layihə hazırlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı bildirib.

"Minimum əməkhaqqının artırılması gözəl addımdır. Amma bəlli səviyyədən sonra özəl sektor və biznes üzərində təzyiqə çevrilir. Buna dözməyən sahibkar işçi sayını azaltmağa məcbur qalır. Sosial hüquqlar qısamüddətli dövrdə işçini qoruyur, lakin uzun və orta müddətli dövrdə işçini gəlirdən, iş yerindən məhrum edir. Bu istiqamətdə yeni layihələr hazırlanıb. Həmkarlarla yeni istiqamətləri müzakirə edirik. Hesab edirəm ki, istiqamətlərdən biri də işəgötürən və işçi arasında balansın daha da düzgün təsbitinə həsr olunacaq. Hazırda müzakirələr yekunlaşmadığından müddəaları elan etmək istəmirəm", - S.Babayev əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı