"İrandan ölkəmizə qaçaq yolla sağlamlıq üçün təhlükəli qabyuyan maye gətirilir".
Metbuat.az xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, üzərində Azərbaycan dilində heç bir qeydin yer almadığı məhsulun məlumatları fars dilindədir.
Həmçinin ekspert, adıçəkilən qabyuyan mayenin Bakıda, Sumqayıtda, Cənub Bölgəsində, Şimal Bölgəsində və Astarada toptansatış nöqtələrində satıldığını da bildirib.
Bu halla bağlı ekspert dövlət qurumları və ictimaiyyətə videomüraciət də ünvanlayıb: