Xəbər verdiyimiz kimi, Bakıda keçirilən "İnsan resursları zirvəsi - 2023" tədbirində maraqlı anlar yaşanıb. "Kişilər klubu" qrupunun yaradıcısı Vəfadar Babayev gənclər və idman naziri Fərid Qayıbovu nərd "duelinə" çağırıb.
Metbuat.az xəbər verir ki, nazir Fərid Qayıbov vədinə əməl edərək həmin gənclə nərd oynayıb. Bu barədə Vəfadar Babayev özü məlumat verib.
Qeyd edək ki, Vəfadar Babayev ötən il gənclər və idman naziri Fərid Qayıbovu taq edərək nərd oynamağı təklif etmişdi. Bu gün Bakıda keçirilən tədbirdə isə yenidən həmin təklif səsləndirilib. Nazirlikdən təklifin qəbul edildiyi açıqlanmışdı.
Həmin görüntünü təqdim edirik: