Qabiliyyət imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi iyunun 21-də keçirilən ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 70-ci proqrama aid ixtisaslaşmalarına qəbul üzrə qabiliyyət imtahanının nəticələrini elan edib.

Metbuat.az xəbər verir ki, bu barədə DİM-in Mətbuat Xidmətindən məlumat verilib.

Bakalavrlar imtahan nəticələri ilə verilən keçiddən tanış ola bilərlər.

https://eservices.dim.gov.az/erizemag/qabiliyyet

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında iyunun 23-də saat 10:00-dan 12:00-dək apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər göstərilən saatlarda təşkil olunacaq komissiyaya müraciət edə bilərlər. Həmin vaxt ərzində müraciət etməyənlər sonradan apellyasiya üçün ərizə təqdim edə bilməyəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR