Dollar möhkəmlənir, bəs manatı nə gözləyir? - AÇIQLAMA

“Manatın inzibati qaydada məzənnəsinin Mərkəzi Bank tərəfindən müəyyən edilməsi və dəyişməyən formada qalması ölkədə makroiqtisadi tarazlığın qorunub saxlanmasına xidmət edir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. Ekspert bildirib ki, bu metodla nominal valyuta məzənnəsi qorunub saxlansa da, real valyuta məzənnəsi qorunub saxlana bilməz:

“Mərkəzi Bank manatın xarici valyutalara nisbətən nominal və real effektiv məzənnəsini açıqladı. Nominal effektdə ümumi bu rəqəm 95.5 göstərilsə də, real məzənnədə 121,8-dir. Göründüyü kimi, real məzənnədə vəziyyət yaxşı deyil. Nominal məzənnə odur ki, biz bir dollar almaq üçün 1 manat 70 qəpik pul veririk. Bu nominal məzənnə adlanır.

Real valyuta məzənnəsi dedikdə, hər hansı bir şəxsin bir ölkənin əmtəə və xidmətlərini digər ölkənin əmtəə və xidmətlərinə dəyişə biləcəyi məzənnədir. Məsələn, Azərbaycanda mal əti 14 manatdır, Rusiyada ət 400 rubldur, amma 400 rubl bizim pulla 8 manat edir. Biz Rusiyada 8 manata ət ala bilərdik. Bu misal rubl ifadəsində birin əlliyə nisbəti sayılır”.

Eldəniz Əmirov qeyd edib ki, bu gün biz manatın dəyərdən düşməsi ilə bağlı danışırıqsa, onu keçmişə nəzərən əsaslandırmalıyıq:

“Məsələn, 2016-2017-ci ildə də 1 manat 1 dollar 70 qəpik idi, bu gün də eyni məzənnədədir. Amma 2017-ci ildə 170 manatla marketə girib aldıqlarımızın sayı, 2023-cü ildə aldıqlarımızdan daha çox idi. Biz 2023-cü ildə nələri ala bilmiriksə, həmin qədər manatın dəyərsizləşməsi baş verib. Yəni inflyasiya baş verib. Yerli məhsulların milli valyuta hesabında qiymətinin qalxması ölkənin milli valyutasını dəyərsizləşdirir.

Manatın məzənnə stabilliyinin qorunması valyuta ehtiyatlarından çəkilən xərclər hesabına mümkün olur. Amma bu qərarı atan zaman ölkə yenə valyuta itirəcək. Manatın real məzənnəsinin yüksəldilməsi üçün isə mütləq güclü iqtisadiyyat lazımdır. Bir sözlə, dəyər yaradılaraq, istehsal, emal prosesləri artırılaraq iqtisadi aktivlik yüksəlməlidir. Manat nominal ifadədə sabitdir, amma mövcud vəziyyətdə real məzənnəsi aşağı düşür”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı