"Neftçi"nin Sərgənlə razılığa gələ bilməməsinin əsl səbəbi bilindi

Adı “Neftçi” ilə hallanan türkiyəli məşqçi Sərgən Yalçının klubla razılığa gələ bilməməsinin səbəbi təkcə məvacib olmayıb.

Metbuat.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, tərəflər maddi məsələlərdə razılığa gəlməməklə yanaşı, klubun avrokuboklar və liqadakı hədəfləri ilə bağlı da razılaşa bilməyiblər. Bildirilir ki, Sərgən Yalçın “Fənərbaxça”da işləmək istədiyi üçün “Neftçi” ilə danışıqları uzatmaq istəyib. Sərgən Yalçın Bakıda aparılan danışıqlardan sonra ölkəsinə qayıdıb və təklifi qəbul etmədiyini Azərbaycan komandasına çatdırıb.

Bildirilir ki, “Fənərbaxça”dan Sərgən Yalçına hələlik təklif yoxdur. Təklif olacağı təqdirdə Sərgən Yalçın qəbul edəcək. Qeyd edək ki, mediada “Neftçi”nin Sərgən Yalçına illik 1 milyon dollar təklif etdiyi, baş məşqçinin isə 2 milyon dollar tələb etdiyi barədə xəbərlər dərc edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı