Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi - FOTO

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov polkovnik Seymur Qaraşovu yeni vəzifəyə təyin edib.

Metbuat.az bildirir ki, nazirin müvafiq əmri ilə daxili xidmət polkovniki Qaraşov Seymur Taleh oğlu Fövqəladə halları xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, Seymur Qaraşov bundan əvvəl Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışırdı. Onun yerinə daxili xidmət polkovnik-leytenantı Eyvazov Ayaz Teyfur oğlu təyin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı