Polşanın Varşava şəhərində yaşayan Yusif Həsənovun meyiti göldən tapılıb.

Metbuat.az bildirir ki, bununla bağlı Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli özünün "Facebook" hesabında yazıb:

“Əfsuslar olsun ki, soydaşımızın göldən cəsədi tapıldı. Yaxınlarına və ailə üzvlərinə başsağlığı veririk”.

Qeyd edək ki, Yusif Həsənov itkin kimi axtarılırdı.

İtkin düşən Yusifin meyiti tapıldı -