Ronaldodan jurnalistə: "Yaxından çəkmə, qırışlarım görünür" - VİDEO

Portuqaliya-İslandiya oyunundan sonra Kriştiano Ronaldo ilə kamera çəkən arasında yaşanan maraqlı dialoqun görüntüləri üzə çıxıb.

Metbuat.az "Goal.com"a istinadən xəbər verir ki, oyundan sonra Ronaldo müsahibə verməyə hazırlaşarkən kamera onu yaxından çəkməyə başlayıb. Bu zaman isə Ronaldo kamera çəkənə “Nə edirsən! Siz çox yaxından çəkirsiniz, mənim üzümdə qırışlarım çoxdur!” – deyə zarafat edib.

Bundan sonra kamera çəkən Ronaldonu uzaq plandan çəkməyə başlayıb.

Qeyd edək ki, Portuqaliyanın İslandiyaya 1:0 hesabı ilə qalib gəldiyi matçda Ronaldo 89-cu dəqiqədə fərqlənib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR