Qazaxda sel fəsadlar törətdi

Qazaxda Coğaz çayı daşıb, küçəni sel suları basıb.

Bu barədə Metbuat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 24-ü saat 18:00-a olan məlumata əsasən, Göygöl, Qusarda arabir yağış yağıb.

Son günlərdə Qazax rayonu ərazisinə yağan güclü yağış nəticəsində Coğaz çayında suyun səviyyəsi normadan artıq qalxdığına görə Qazax şəhər N.Nərimanov küçəsinin bir hissəsini sel suları basıb, görülmüş tədbirlər nəticəsində suyun qarşısı alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı