Ağacları kəsən bələdiyyə sədri barədə sənədlər Baş Prokurorluğa göndərildi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz, Bərdə, Göyçay, Ağdam və İsmayıllı rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Metbuat.az xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədovun verdiyi məlumata görə, araşdırma zamanı ağacların Xaçmaz rayonu, Palçıqoba kəndində vətəndaş Zahir Nəcəfov, Bərdə rayonu, Əyricə kəndində Rafiq Məmmədov, Göyçay rayonu, Şıxbəy kəndində Namizəd Kərimov, Ağdam rayonu, Dadaşlı kəndi ərazisində Toğrul Kərimov, İsmayıllı rayonu, Diyallı kəndi ərazisində isə Diyallı bələdiyyəsinin sədri Cahangir Surxayev tərəfindən kəsildiyi məlum olub.

“Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”, - o deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı