Sertifikatlaşdırma prosesinin son günüdür

Bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilir.

Metbuat.az xəbər verir ki, prosesə 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb olunub.

Qeyd edək ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsi ölkənin 13 müxtəlif şəhərində 23 imtahan mərkəzində təşkil olunur. İyunun 20-dən təhsilverənlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsinə başlanılıb. İmtahanlar iyunun 24-də yekunlaşacaq. Müsahibə mərhələsində uğur qazanan müəllimlərin vəzifə maaşına 10 faiz, test imtahanında 51 və daha artıq bal toplayıb müsahibə mərhələsində uğur qazanan şəxslərin vəzifə maaşına isə 35 faiz əlavə ediləcək.

Əlavələr sentyabr ayından tətbiq olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı