Fatma Abdullazadənin qızı qəfil vəfat etdi - FOTO

Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin keçmiş müdiri Fatma Abdullazadəyə ağır itki üz verib.

Metbuat.az Teleqraf.az-a istinadən xəbər verir ki, onun qızı Məryəm Ələkbərli 33 yaşında vəfat edib.

M.Ələkbərli rəssam idi. Onun Azərbayanda və dünyanın bir neçə ölkəsində sərgiləri keçirilib.

2014-cü il oktyabrın 30-da Latviyanın paytaxtındakı “Riqa birjası” Rəssamlıq Muzeyində təşkil olunan sərgidə bir çox tanınmışlarla yanaşı F.Abdullazadənin özü də iştirak edib.

Xatırldaq ki, Fatma Abdullazadə 1993–2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri, 2005–2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı