Ceyhun Bayramov Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

"Silahlı Qüvvələrimizin şəxsi heyətinə məsuliyyətli işlərində uğurlar arzulayıram".

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun tviter hesabında 26 İyun - Silahlı Qüvvələr Günü ilə bağlı paylaşımında yer alıb.

    "Ordumuzun yaradılmasının 105-ci ildönümü, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrimizin şəxsi heyətini səmimi qəlbdən təbrik edir, ölkəmizin ərazi bütövlüyünün qorunması kimi məsuliyyətli işlərində uğurlar arzulayıram! Silahlı Qüvvələr günümüz mübarək!", - nazir qeyd edib.

    Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Azərbaycan Ordusunun yaradılmasından 105 il ötür.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı