Dünyanın ən güclü orduları - Azərbaycan bu sıradadır

Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır.

Metbuat.az xəbər verir ki, bu barədə hərbi sahədə ixtisaslaşmış “Global Firepower” portalı məlumat yayıb.

2023-cü ildəki beynəlxalq reytinqə görə Azərbaycan 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cü yerdədir.

Siyahıda ilk onluqda ABŞ, Rusiya, Çin, Hindistan, Birləşmiş Krallıq, Cənubi Koreya, Pakistan, Yaponiya, Fransa və İtaliya dayanır. Qardaş ölkə Türkiyə 11-ci sıradadır.

Qeyd edək ki, reytinqin tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər qiymətləndirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR