Arda "Real"ın bu təklifini rədd etdi - Seçdiyi klub bəlli oldu

“Fənərbaxça”nın futbolçusu Arda Gülər “Real Madrid”in təklifini bəyənməyib.

Metbuat.az xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat verib. Bildirilir ki, “Real Madrid” Martin Odeqardla yaşadığı problemi Arda Gülərlə yaşamaq istəmir. Buna görə, “Real” futbolçunu alaraq onun daha bir il icarə əsasında “Fənərbaxça”da oynamasını istəyir. Qəzet yazır ki, bu təklifdən sonra Arda “Barselona”ya transfer olmağa yaxınlaşıb.

Qeyd edək ki, Arda Gülərin sərbəstqalma məbləği 17,5 milyon avrodur. “Bayern”, “Borussia Dortmund”, “Ajaks” və “Benfika” kimi klublar da Ardanı transfer etməkdə maraqlıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR