Toydan qayıdarkən ağır qəzada vəfat edənlərin görüntüsü - FOTO

Naxçıvanda toydan qayıdarkən yol qəzasında ölən 6 nəfər barədə təfərrüatlar məlum olub.

Metbuat.az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə zamanı həlak olan Xanlar Sultanov və Azadə Sultanova ər-arvad olublar.

A.Sultanovanın 3 yaşlı qardaşı oğlu və ailənin digər qohumu, 63 yaşlı Sahiyə Cəfərova da həmin vaxt avtomobildə olublar. Onların da həyatını xilas etmək mümkün olmayıb.

Ölənlərdən 27 yaşlı Amin Oruclu həkim olub. O, Babək rayonunun Kültəpə kəndində stomatoloq işləyirmiş.

23 yaşlı Hikmət Əlizadə isə Naxçıvan Tibb Kollecinin tələbəsi olub.

Qeyd edək ki, hadisə bu gecə Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisində baş verib. Qəza nəticəsində 6 nəfər ölüb, 4 nəfər xəsarət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı