Azərbaycanda dəmiryolu ilə yükdaşımalar 23 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda dəmiryolu nəqliyyatı ilə 1 milyon 581 min 904 ABŞ dolları dəyərində 3 milyon 240 min 952 ton yük daşınıb.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,9 % və 22, 8 % çoxdur.

O cümlədən, 5 ay ərzində dəmiryolu nəqliyyatı ilə ixrac olunan 552 milyon 616 min ABŞ dolları dəyərində 1 milyon 327 min 557 ton yük ixrac olunub, 1 milyon 29 min 287 ABŞ dolları dəyərində 1 milyon 913 min 394 ton yük idxal olunub.

Hesabat dövründə ixrac olunan yükün dəyəri 22 %, həcmi 24 %, idxal olunan yükün isə dəyəri 4,8, %, həcmi 21 % artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı