“Müharibədə Ordumuz “​​Vaqner” döyüşçüləri ilə vuruşub” - Politoloqdan İDDİA

Vaqner” muzdlu qruplaşmasının üzvlərinin Suriya, Liviya, Çad və Ukraynadakı müharibələrdə iştirakları ilə yanaşı Qarabağdakı döyüşlərdə də erməni separatçılarına dəstəyi barədə məlumatlar var”.

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib. Politoloq xatırladıb ki, “Vaqner” qruplaşmasının keçmiş üzvlərindən Viktor Oqnev İkinci Qarabağ müharibəsindən bir neçə gün sonra Rusiyanın “Novaya qazeta” qəzetinə verdiyi müsahibədə “Vaqner”in 500 muzdlusunun Qarabağa gəldiyini və bölgənin şimalında Azərbaycan ordusuyla savaşdığını bildirmişdi.

Elxan Şahinoğlu yazır: Donald Trampın Qarabağla bağlı planı nədir?

“Vaqner” muzdluları arasında ermənilər də var. Onlardan biri Qarabağ doğumlu Ayk Qasparyan Suriya və Ukraynadakı döyüşlərdə iştirak edib, hətta Solidar şəhərinin işğalındakı iştirakına görə Rusiya prezidenti Vladimir Putin tərəfindən təltif olunub. “Vaqner” muzdlularının bir qrupu Qarabağda olubsa, bu müharibənin sonlarına yaxın noyabr ayında olub, Azərbaycan ordusuyla real döyüşlərdə iştirak etməyiblər. “Vaqnerin” Qarabağda peyda olması Rusiya hakimiyyətinin icazəsi ilə baş verib. Əgər Kreml Azərbaycan ordusunun Qarabağda uğurlu həmlələrinin qarşısını almaq üçün “İskəndər-M” raketlərindən istifadə edibsə, eyni məntiqlə muzdluları da Azərbaycan ərazisinə göndərə bilərdi” .

Politoloq onu da qeyd edib ki, “Vaqner”in Rusiyada xaos yaratmaq və Kremllə qarşıdurması fonunda rusiyalı muzdluların erməni separatçılarıyla bağlılığı diqqəti çəkir.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı