Bakıda uşaq bağçasının anbarında yanğın olub

Bakı şəhərinin Nəsimi rayonunda uşaq bağçasının ərazisində yanğın olub.

Metbuat.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, uşaq bağçasının ərazisində ümumi sahəsi 40 m² olan tikilinin (anbar kimi istifadə olunur) yanar konstruksiyaları və içərisində istifadəyə yararsız əşyalar yanıb. Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR