Göyçayda avtomobil aşıb, yaralılar var

Göyçayda rayonunda avtomobil aşıb, yaralılar var.

Metbuat.azvbildirir ki, hadisə bu gün saat 16:00 radələrində rayonun Çərəkə kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-21011" markalı minik avtomobili anidən idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 1995-ci il təvəllüdlü Allahverdiyev İlqar Elxan oğlu və 2001-ci il təvəllüdlü Həşimov Sarvan Sübhan oğlu xəsarət alıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR