Fransada etirazlar səngimir - VİDEO

Fransada Nael adlı 17 yaşlı yeniyetmənin Paris yaxınlığında polis tərəfindən öldürülməsindən sonra başlayan nümayişlər səngimir.

Metbuat.az xəbər verir ki, hökumət etirazçılari təmkinli olmağa çağırıb və ədalətin bərpa olunacağını bildirib. Lakin nümayişçilər geri çəkilməyib. Paris və digər şəhərlərdə zorakılıq və talançılıq baş verib. Daxili işlər naziri Gerald Darmanin bildirib ki, hadisələrin qarşısını almaq üçün 5 mini Parisdə olmaqla 40 min jandarma və polis cəlb edilib. Sosial şəbəkələrdə paylaşılan videolarda Parisin mərkəzində bəzi məşhur mağazaların qarət edildiyi, mağaza və restoranların şüşələrinin sındırıldığı, bankomatların zədələndiyi müşahidə edilib. Hazırda Parisdə etirazlar səngisə də, digər şəhərlərdə davam edir. Etirazlarda saxlanılanların sayı 667-yə çatıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı