Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 46% artıb

2023-cü ilin yanvar-may aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 2 milyon 171.5 min manat olub.

Metbuat.az Azərbaycan Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 46.3% və ya 686.9 min manat çoxdur. 2022-ci ilin müvafiq dövründə xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 1 milyon 484.6 min manat təşkil edib.

    Qeyd edək ki, cari ilin yanvar-may aylarında xaricə səfər edən vətəndaşların sığorta ödənişləri 103.2 min manat təşkil edib ki, bu da 2022-ci ilin ilk 5 ayı ilə müqayisədə 2.9% və ya 2.9 min manat çoxdur.

    Hesabat dövründə bu sığorta növü üzrə sığorta zərərliliyi 29% azalıb. Belə ki, sığorta şirkətləri bu ilin ilk 5 ayında toplanan hər 100 manat sığorta haqqının 4.8 manatını ödənişə yönəldibsə, 2022-ci ilin yanvar-may aylarında bu göstərici 6.8 manat təşkil edib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı