XİN-dən Fransada iğtişaşlarla bağlı Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ

Azərbaycanın Xarici İşlər Nazirliyi Fransada iğtişaşlarla bağlı ölkəmizin vətəndaşlarına xəbərdarlıq edib.

Bu barədə Metbuat.az-a XİN-dən məlumat verilib.

"Fransada Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən qəddarcasına öldürülməsi nəticəsində baş verən iğtişaşları, polis tərəfindən kütləvi zorakılığı, vətəndaş itaətsizliyini, hakimiyyət orqanları tərəfindən adekvat addım atmaq qabiliyyətinin olmamasını, irqçi təmayüllü tendensiyaların daha da güclənməsini nəzərə alaraq, Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransaya səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Hazırda Fransada olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur", - deyə nazirlikdən bildirilib.

Fransadakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycanın Fransadakı Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

ÜNVAN: 78, avenue d'Iéna Paris 75116

TEL: +33 (0) 1 44 18 60 20

FAKS: +33 (0) 1 44 18 60 25

E-MAIL: paris@mission.mfa.gov.az

secretariat@azambassade.fr


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı