Müğənni Türkiyə vətəndaşına ərə gedən qızına Bakıda toy etdi - VİDEO

Müğənni Nüşabə Musayevanın qızı Elnarənin Türkiyə vətəndaşı Oğuzhan Kaya adlı bəylə toyu baş tutub.

Metbuat.az Bizim.media-ya istinadən xəbər verir ki, paytaxtın lüks restoranların birində keçirilən məclisdə bir sıra şou nümayəndələri iştirak edib.

Toydan əvvəl sənətçi övladı ilə kamera qarşısına keçərək, qızına arzularını dilə gətirib. Anasının dilədiyi arzuları eşidən Elnarə göz yaşlarına qərq olub. Musayeva gələn ilin bu vaxtı özünə Allahdan nənə olmağı diləyib:

"Bu gün həyatımda bütün əziyyətləri, keçdiyim keşməkeşli yolları, çətinlikləri, mənə atılan daşları, üzərimə düşən bütün yükləri geriyə, kənara atdığım gündür, bu günə kimi yaşadığım pisliklər ağlımda deyil çünki arzuma yetdiyim, balamın toyunu gördüyüm gündür. Allah bütün valideyinlərə övlad toyunu görmək qismət eləsin. Qızım Allah səni xoşbəxt eləsin. Yarıyanlardan olasan. Yansın çırağın, gəlsin sorağın. Haqqım min halalın olsun. Başımı uca etdin, hər zaman başın uca olsun.

Sənə özün kimi övlad arzu edirəm. Mən ana kimi səndən çox razıyam, Allah da səndən razı olsun. Xoşbəxt ol! Oğullu, qızlı ol! İndi artıq nənə olmaq istəyirəm. Gələn ilin bu vaxtı Allah mənə nənə olmağı nəsib etsin. Amma rəqslərimi tərqitməyəcəyəm. Nəvəmlə gələcəkdə şoular göstərmək niyyətindəyəm".

Qeyd edək ki, Elnarə və Oğuzhan cütlüyünün nişan mərasimi ötən ilin avqustunda Türkiyənin Mersin şəhərində baş tutub.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı