Zəlzələ ilə bağlı təcili tibbi yardıma 34 nəfər müraciət edib

İyulun 4-ü saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib.

Metbuat.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub.

Qeyd olunub ki, müraciət edənlərdən 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub: "Müraciətlər əsasən arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı