“Ölkənin birinci bankı” adını layiqincə daşımağa davam edəcəyik” - Fərid Hüseynov

5 may 2023-cü il tarixində keçirilən Kapital Bank-ın Səhmdarlarının Ümumi Yığıncağı və Müşahidə Şurasının toplantısı zamanı bir sıra məsələlər müzakirə olunub və qərarlar qəbul edilib. Qərarların birinə əsasən Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru təyin edilib. Yeni vəzifəsinin icrasına başlaması ilə əlaqədar Fərid Hüseynov növbəti illər üçün olan strateji hədəflərdən, rəqəmsal innovasiyalardan, kadr siyasətindən və bankın fəaliyyəti ilə bağlı digər maraqlı mövzulardan danışıb.

  • Fərid müəllim, sizin təyinatınızdan sonra Kapital Bank-ı nələr gözləyir?
  • İlk növbədə qeyd etmək istərdim ki, əvvəlki sədrimiz Rövşən Allahverdiyev Kapital Bank-ın Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub. Bu baxımdan rəhbərlikdə olan dəyişikliklər bankın ümumi strategiyasına və prioritetlərinə təsir göstərməyəcək. Ötən dövrlərdəki kimi, Kapital Bank-ın əsas hədəfiyerli maliyyə sektorunda lider mövqeyini qoruyub saxlamaq və gücləndirmək, sahib olduğu böyük müştəri bazasına xidmət keyfiyyəti səviyyəsini daha da artırmaqdır. Əminəm ki, “ölkənin birinci bankı” adını layiqincə daşımaq üçün fəaliyyətimizi daha da gücləndirəcəyik.
  • Hamı bilir ki, Kapital Bank-ın əsas səhmdarı ölkənin ən böyük şirkətlər qrupu olan PAŞA Holding-dir. Bildiyimiz qədər holdinqdə də struktur dəyişikliyi baş verib və yeni ekosistem yaradılıb. Bu ekosistem Kapital Bank-a necə təsir edəcək?
  • Bəli, PAŞA Holding-də də struktur baxımdan müəyyən dəyişikliklər var. Kəsişən sahələr üzrə müştərilərə daha faydalı ola bilmək və xidmət keyfiyyətini artırmaq məqsədilə PAŞA Holding-in nəzdindəki bəzi şirkətlər ekosistem altında bir araya gətirildi. Bu ekosistemə daxil olan şirkətlərdən biri, hətta deyərdim ki, ən önəmlisi Kapital Bank-dır, digərləri isə Competo və PashaPay-dir. Ekosistem müştərilərin bütün istəklərini bir mərkəzdən idarə etmək və müştəri təcrübəsini maksimum rahatlaşdırmaq üçün yaradılıb. Ekosistemdəki strateji aktivlərin vahid mexanizm kimi işləməsi, inteqrasiya hesabına bir-birlərini maliyyə və texnoloji cəhətdən tamamlaması nəzərdə tutulur. Bu yenilik həm Kapital Bank-ın, həm də “Umico”, “MilliÖn”, “M10”, “Uklon”və “Trendyol” brendlərinin müştərilərinə geniş imkanlar yaradacaq.
  • Bankın cari strateji dövrü bitmək üzrədir. Növbəti strateji dövr üçün Kapital Bank-da hansı istiqamətlərin inkişafı gözlənilir? Yəni əsas inkişaf etdiriləcək sahələr hansılardr?
  • Bizim 2024-2026-cı illər üçün strategiyamızın mərkəzində məhz müştəri məmnuniyyəti və rahat müştəri təcrübəsi dayanıb. Belə ki, biz təklif etdiyimiz xidmətləri müştəriyə dəyər yaradacaq şəkildə, tam stabil və əlçatan olmasını təmin etməyi özümüzə əsas prioritet kimi götürmüşük. Buna nail ola bilmək üçün artıq bir neçə ildir ki, biz dataya, yəni məlumatlara əsaslanan biznesin qurulması istiqamətində çalışırıq. Müvafiq infrastruktur yaradırıq və data sahəsinə ciddi investisiyalar edirik. 2024–2026-cı illəri əhatə edən növbəti strateji dövrdə də bu istiqamətdə daha təkmil və kompleks tədbirlər görəcəyik. Pərakəndə sektorla yanaşı, KOS və mikro istiqamətlərində xidmətlərin data əsaslı olmasını və maksimum rəqəmsallaşmasını təmin edəcəyik.
  • Rəqəmsal innovasiyalar sahəsində nə kimi addımlar atmağı planlaşdırırsınız?
  • İnnovasiyalar bütövlükdə Kapital Bank-ın həyatında əhəmiyyətli yer tutur. Biz daima xidmətlərimizə müsbət təsir edən müasir texnologiyaları gətirməyə, onları tətbiq etməyə çalışırıq ki, müştərilərimiz yeni imkanlardan faydalana bilsinlər. Bildiyiniz kimi, Kapital Bank maliyyə bazarında ən böyük müştəri bazasına sahibdir və bu prizmada texnologiyalar bizə xidmətin yaxşılaşdırılmasında yardımçı olur. Texnoloji yeniliklər həm pərakəndə, həm KOS müştərisi üçün data əsaslı risk və kreditləşmə modellərinə, özəl-individual təkliflərə, bütün istiqamətlər üzrə xidmət kanallarına və biznesin digər aparıcı və dəstəkləyici istiqamətlərinə tətbiq olunur. İnnovativ həllər həm bankın gündəlik fəaliyyətinin tərkib hissəsi, həm də müxtəlif startaplarla partnyorluq kimi banka inteqrasiya olunur.
  • Bəs Birbank-da hansı yeniliklər olacaq? Ümumiyyətlə rəqəmsal bankçılığın inkişafı gələcəkdə filial şəbəkəsinin kiçilməsinə, ixtisarlara zəmin yarada bilərmi?
  • Birbank istifadəçilərinə öz xərclərini təhlil etmək, onlara nəzarət və düzgün idarəetmə imkanı yaradan köməkçi modulun təqdim olunması gözlənilir. Həmçinin Birbank-lıların birjaya giriş, qiymətli kağızların alqı-satqısını həyata keçirmək imkanını verən investisiya modulunun tətbiqi planlaşdırılır. Tam funksional rəqəmsal debet kartının istifadəyə verilməsi gözlənilir. Onu da qeyd edim ki, hal-hazırda sahibkarların ixtiyarında olan Müştəri Bank sistemi tezliklə tam yeni Birbank Biznes tətbiqi ilə əvəz olunacaq. Ümumiyyətlə Birbank-ın inkişaf strategiyasından danışsaq, o insanlara maliyyə sektoru ilə bağlı istənilən növ xidmətə çıxışı təmin edən rəqəmsal bank və maliyyə xidmətləri göstərən super maliyyə tətbiqi istiqamətində inkişaf etdirilir.
  • Son illər ərzində sahibkarlara dəstək göstərilməsi baxımından Kapital Bank xeyli layihələr təqdim edib. Mikrobiznes, kiçik və orta sahibkarlıq sahələrində hansı yeniliklər gözlənilir?
  • Mikrobiznes, kiçik və orta sahibkarlıq Kapital Bank-ın fəaliyyətinin vacib istiqamətlərindən hesab olunur. Bu seqmentdəki sahibkarlıq subyektləri üçün mütəmadi olaraq ölkənin bank sektorunda yenilik sayılan innovativ xidmətlər istifadəyə veririk. Nümunə kimi hal-hazırda bizim regionda ilklərdən sayılan sahibkarlara smartfon vasitəsilə təmassız ödənişləri qəbul etmək imkanını verən Mobil POS xidmətini qeyd etmək olar. Azərbaycanda mikrokreditlərin tam onlayn verməyə də ilk dəfə məhz Kapital Bank başlayıb. Kiçik və orta sahibkarların kreditləşməsinin məsafədən həyata keçirilməsi üçün də müəyyən işlər görmüşük. Artıq mikrobiznes sahibkarları tam rəqəmsal şəkildə kredit rəsmiləşdirə bilirlər. Kreditin rəqəmsallaşması prosesi hazırda da davam etdirilir. Məqsəd biznes sahibləri üçün maksimum rahat bankçılıq yaratmaqdır. Xatırladım ki, qeyri-kredit əməliyyatlarımız isə artıq 2 ilə yaxındır ki, bütövlükdə onlayna keçirilib.
  • Kapital Bank-ın artıq 5000-dən çox əməkdaşı var. Bugünkü reallıqlarda yerli maliyyə sektorunun ən böyük işə götürəninə istedadları cəlb və idarə etmək çətindirmi?
  • Hamımız bilirik ki, istedadları cəlb etmək asan deyil, çünki əmək bazarında rəqabət artıb və əmək bazarının sərhədləri çox genişlənib. Eyni zamanda innovasiyaların və rəqəmsallaşmanın gətirdiyi müəyyən yeni peşələrlə bağlı ölkənin əmək bazarında kadr qıtlığının olduğunu da bilirik. Pandemiya şəraitində yerli şirkətlərdə, xüsusilə də texniki rollarda çalışan əməkdaşlar Avropa ölkələrindən, hətta daha da uzaqlardan iş təklifləri aldılar və çoxları ölkəni tərk etmədən, məsafədən xarici şirkətlərdə çalışmağa başladılar. Hazırda bu proses nisbətən azalsa da, belə imkanlar mütəmadi olaraq yaranır. Cəlb etdiyimiz istedadları idarə etmək, onları şirkətdə saxlamaq o qədər vacibdir ki, hətta biz bunu strateji hədəflərimiz arasında görürük. Dəyişkən və dinamik dünya, şirkətlərin tətbiq etdiyi innovasiyalar rəqabəti artırır və istedadların saxlanılmasını daha da çətinləşdirir. Biz də bu dinamikaya uyğunlaşmaq, ən yaxşı kadrları cəlb etmək, saxlamaq və inkişaf etdirmək üçün müəyyən addımlar atırıq. Məsələn, daha cəlbedici və rahat iş şəraiti yaratmaq məqsədilə pandemiya dövründə tətbiq etdiyimiz hibrid iş rejimini pandemiyadan sonra da saxladıq. Həmçinin baş ofislərimizdə ofisin dizaynını gənclər üçün daha maraqlı və komfortlu etdik, əməkdaşlar üçün bankla assosiasiya olunan ciddi dres-kodu, rəsmiliyi aradan qaldırdıq, daha sərbəst və kreativ iş mühiti formalaşdırdıq. Hətta təzəlikcə həftənin bəzi günlərində test rejimində bir neçə filiallarda da qismən sərbəst geyim tərzini tətbiq etməyə başlamışıq. Əgər müştərilərimiz bu dəyişikliyi müsbət qarşılasalar, yanaşmanı bütün filial və şöbələrimizdə tətbiq edəcəyik. Gənclərin və eyni zamanda öz əməkdaşlarımızın yeni peşələrə yiyələnə bilmələri üçün biz müxtəlif təcrübə, daxili təlim, ixtisasartırma və ixtisasdəyişmə (“reskilling” və “upskilling”) proqramlarını da həyata keçiririk, öyrədici platformalardan istifadə edirik, yerli və xarici universitetlərlə əməkdaşlıq aparırıq. Son bir il ərzində Kapital Bank-a bir sıra xarici mütəxəssislər cəlb olunub. Onların əsas vəzifəsi yeni sahələrdə kadr çatışmazlığını aradan qaldırmaqla yanaşı, bilik və beynəlxalq təcrübəni əməkdaşlarımızla paylaşmaq, bankda kadrların yetişdirilməsinə töhfə verməkdir.
  • Hazırda əksər banklar dələduzluq hallarının aradan qaldırılması istiqamətində silsilə tədbirlər görür. 5 milyondan artıq müştərisi olan Kapital Bank müştərilərini necə qoruyur?
  • Dələduzluq hallarının qarşısının alınması ilə bağlı Kapital Bank kompleks işlər görür. Sosial şəbəkələr, televiziya, radio, Birbank, filial və ATM şəbəkəsi daxil olmaqla bankın müxtəlif kommunikasiya kanalları vasitəsilə maarifləndirmə işləri aparılır, müştərilərin diqqət yetirməli olduğu məqamlar göstərilir. Eyni zamanda bizim informasiya təhlükəsizliyi ofisimiz internet monitorinqini həyata keçirir. Monitorinq nəticəsində Kapital Bank və Birbank-ın adından istifadə edilərək dələduzluq məqsədilə yaradılan saytlar aşkarlandıqda, müvafiq dövlət qurumları ilə birgə səylər nəticəsində həmin saytların fəaliyyəti ölkə ərazisində dərhal qadağan olunur. Bu monitorinqi biz xüsusi brend mühafizəsi sistemi vasitəsilə həyata keçiririk.
  • Müştəri məmnuniyyəti banklar üçün hər zaman prioritet məsələ sayılıb. Kapital Bank-ı müştəri yönümlü bir bank adlandırmaq olarmı?
  • Əminliklə deyə bilərəm ki, Kapital Bank-ı müştəri yönümlü bir bank adlandırmaq olar. Bankın hər yeni xidməti və məhsulu müştərinin səsini eşidərək işlənib hazırlanır və istifadəyə verilir. Yeniliklər tətbiq olunduqdan sonra mütləq qaydada müştərilərin rəyləri nəzərdən keçirilir, qarşıya çıxan çətinliklər aradan qaldırılır, lazımdırsa məhsul və xidmətlərə dəyişikliklər olunur və onlar müştərilərin ixtiyarına təkrar verilir. Lakin bu o demək deyil ki, biz bu sahədə bütün işləri görmüşük. Daimi inkişaf müştəri məmnuniyyətinin əsasıdır. Bunun üçün həm infrastruktur, həm keyfiyyət, həm xidmət və həm də proses tərəfdən davamlı təkmilləşdirmə işləri aparılacaqdır.
  • Bankın korporativ sosial məsuliyyət layihələri haqda da danışardıq. Kapital Bank gələcək illərdə cəmiyyətə necə töhfə verəcək?
  • Kapital Bank hər il onlarla KSM layihə həyata keçirir və sosial yönümlü təşəbbüslərə töhfə verir. Bankın fəaliyyətinin əsas məqsədi təkcə mənfəət qazanmaq və müştərilər üçün dəyər yaratmaq deyil, həmçinin cəmiyyətimizə faydalı ola biləcək istiqamətləri dəstəkləməkdir. Mühüm sayılan istiqamətlər sırasında təhsil layihələrini, kiçik və orta sahibkarlığı, innovasiyaları, ətraf mühitin mühafizəsini qeyd etmək olar. Bu kontekstdə, bankımızın əməkdaşlarının təşəbbüsü ilə yaranmış daha sonra isə tam işlək QHT-yə çevrilmiş “Qırmızı Ürəklər” Fondunu da xüsusi qeyd etmək istərdim.Daha bir əhəmiyyətli və diqqət çəkmək istədiyim məqam isə Kapital Bank-ın “Yaşıl bankçılıq” konsepsiyasına keçididir. Hətta deyərdim ki, Azərbaycanda ilk bu konsepti tətbiq edən bank məhz Kapital Bank-dır. Bildiyiniz kimi, bankımız sürətli şəkildə rəqəmsallaşır. Həm pərakəndə, həm də KOS sahəsində əsas xidmətlər artıq məsafədən, heç bir kağız materialları tələb olunmadan icra olunur. Biz son iki ayda filial şəbəkəmizdə də “kağızsız kreditləşmə” sisteminə keçid etmişik. Belə ki, filiallarda nağd pul krediti və kredit kartı rəsmiləşdirən müştərilərə əvvəllər olduğu kimi imza üçün bir topa sənəd təqdim olunmur. Bu proses bütövlükdə onlayna keçirilərək, kağız istifadəsi sıfırlanıb. Bu yeniliyi mərhələli şəkildə bütün xidmətlərə tətbiq edəcəyik. Növbəti hədəfimiz isə plastik kartların istifadəsini minimuma endirməkdir. Tezliklə Birbank-lılar tam funksional rəqəmsal debet və kredit kartlarından istifadə edə biləcəklər. Bununla da əhalinin plastikə tələbatını azaltmış olacağıq. Filiallar və rəqəmsal bankçılıqla yanaşı, baş ofisdə də elektron sənəd dövriyyəsinə keçid etmişik. Əlbəttə ki, ofis və filiallarımızda kağız sərfiyyatının azaldılması ilə paralel, elektrik enerjisi və su sərfiyyatının da minimuma endirilməsi istiqamətində müəyyən kiçik görünsə də, böyük təsir dərəcəsi olan addımlar atırıq. Misal olaraq eko-lampalardan və sensorlu su kranlarından istifadəni göstərmək olar.

Lakin istər pərakəndə, istərsə də KOS və korporativ sektorda rəqəmsallaşma, data əsaslı biznesin aparılması bankın insan resurslarına ciddi investisiya tələb edir. Bu baxımdan önümüzdə duran strateji dövrdə mövcud komandamızın inkişafı və potensialının artırılması, o cümlədən bankın bazarda olan peşəkarlar üçün cəlbedici iş yerinə çevrilməsinə diqqət yetiriləcək.

O ki qaldı filial şəbəkəsinin kiçildilməsinə, hal-hazırda Kapital Bank Azərbaycanın ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Ölkənin demək olar hər bir regionunda bankın filialı və ya şöbəsi mövcuddur. Bugünkü dövrdə filial şəbəkəsinin kiçildilməsi müzakirə olunmur, hətta ilin sonuna qədər yeni xidmət nöqtələrinin və iş yerlərinin açılması nəzərdə tutulur. Rəqəmsallaşmadan danışarkən bir çox insan onu fiziki təmas nöqtələrinin azaldılması kimi qəbul edir. Lakin daha əvvəl də qeyd etdiyim kimi, bankımızın strateji istiqamətlərindən biri maliyyə xidmətlərinin hər bir vətəndaş üçün əlçatan və rahat olmağını təmin etməkdir. Bankımızın filialları da bu mənada istisna deyil.

Müəyyən meyarlardan istifadə etməklə internet məkanında şübhəli tranzaksiyaların izlənilməsi icra olunur. Həmin meyarlara uyğun gələn və riskli hesab edilən bütün əməliyyatlar real vaxt rejimində müştəriyə əvvəlcədən məlumat verməklə bloklanır ki, müştərinin kartından vəsaitin mənimsənilməsinin qarşısı alınsın. Eyni məqsədlə şübhəli və riskli kateqoriyaya daxil olan saytlarda Kapital Bank kartları ilə hər hansı bir ödəniş yerinə yetirilərsə, həmin kartlar həmin anda bloklanır və bu barədə müştəriyə məlumat verilir. Rəqəmsal məkanda görülən işlərə paralel olaraq, biz daxili proseslərə də ciddi tələblər qoymuşuq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı