Firminodan ​“Qalatasaray”a gözlənilməz cavab

“Qalatasaray”ın transfer etmək istədiyi Roberto Firmino transferi ilə bağlı qərarını verib.

Metbuat.az xəbər verir ki, 31 yaşlı futbolçu Səudiyyə Ərəbistanına getməyə qərar verib. Məlumata görə, futbolçu “Əl-Əhli” klub ilə razılıq əldə edib. Bildirilir ki, Roberto Firmino “Əl-Əhli” ilə 3 illik müqavilənin şərtlərini razılaşdırıb.

Qeyd edək ki, geridə qoyduğumuz mövsümdə "Liverpul"un heyətində 35 oyun keçirən Roberto Firmino 13 qol vurub, 5 məhsuldar ötürmə edib. Futbolçu müqaviləsini uzatmadığı üçün azad agent olub. “Qalatasaray” Roberto Firminonu transfer etməyə çalışırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR