İlham Əliyev Nazirlər Toplantısında çıxış edir - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısında çıxış edir.

Bu barədə Metbuat.az “Report”a istinadən xəbər verir.

XXX

Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısı başlayıb.

Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

Nazirlər Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.

Azərbaycan 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 Beynəlxalq Təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısı bu gün və sabah keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı