Xalq artisti Mələkxanım Əyyubova nəvəsinin doğum gününü təbrik edib.

Metbuat.az xəbər verir ki, o, ailəsi ilə birlikdə olan fotolarını sosial media hesabında paylaşıb. Şəkillərdə xanəndənin oğlu Cəfər, gəlini Səadət, nəvələri - Adil və Mələk yer alıb.

Mələkxanım nəvəsi Adili ad günü münasibəti ilə təbrik edib, xoş aruzlarını çatdırıb:

"Balamın balası, ürəyim, evimizin balı, şəkəri, Adil qaqaşımız. 4 yaşın mübarək. Nə yaxşı ki, varımızsan".

Qeyd edək ki, Cəfər 2014-cü ildə ailə həyatı qurub. Xalq artistinin daha bir oğlu və iki qızı var.