Bakı Baş Gömrük İdarəsinin 35 yaşlı yeni rəisi kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun əmri ilə Elmir Ramazanov Bakı Baş Gömrük İdarəsinə rəis təyin olunub.

Metbuat.az Bakı Baş Gömrük İdarəsinin yeni rəisi Elmir Ramazanovun dosyesini təqdim edir:

Elmir Ramazanov 1988-ci ildə Bakıda anadan olub.

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatin huquqi tənzimlənməsi fakültəsini bitirib.

2022-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinə daxil olub.

Əmək fəaliyyətinə ixtisasına uyğun olaraq Vergilər Nazirliyində başlayıb. 2012-ci ildən vergi sistemində inspektor vəzifəsindən başlamaqla müxtəlif postlarda çalışıb. Nəticədə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlib.

Dövlət Gömrük Komitəsi sədrinin 2022-ci il 15 avqust tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsinin rəis müavini təyin edilib.

Ailəlidir, bir övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR